Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

23-05-2024 , 18:35

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Nizami Bələdiyyəsi Gəncə şəhər üzrə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı”-nı aidiyyati qurumlara təqdim edib

Gəncə Şəhər Nizami Bələdiyyəsi Gəncə şəhər üzrə “Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planı”-nı aidiyyati qurumlara təqdim edib.
Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda Merlərin Razılaşması - Şərq və İqtisadi İnkişafı Dəstəkləyən Bələdiyyə Sədrləri regional layihələrin həyata keçirilməsinə dəstək” Texniki Yardım layihəsi proqramı çərçivəsində 21 may tarixində Gəncə şəhərində aidiyyati qurumlarla görüş və təlim seminar keçirilmişdir.
Görüşdə Azərbaycan Respublikası Energetika Nazirliyində Enerji səmərəliliyi şöbəsinin müdiri Nərgiz Bağırlı, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin nümayyəndəsi Ramilə Aslanova, Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda Merlərin Razılaşması - Şərq” və “İqtisadi İnkişad Dəstəkləyən Bələdiyyə Sədrləri” regional layihələrin həyata keçirilməsinə dəstək” Texniki Yardım layihəsinin işçi qrupunun rəhbəri Vitold Sartorius, baş ekspert Bilyana Çobanova, baş ekspertAdel Mourtada, Merlər Razılaşması-Şərq Təşəbbüsü Texniki Yardım layihənin Azərbaycan üzrə ölkə eksperti Cahangir Əfəndiyev, Gəncə Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov, Gəncə Şəhər Nizami Bələdiyyəsinin sədr müavini, Gəncə şəhərin Dayanıqlı Enerji və İqlim üzrə Fəaliyyət Planın hazırlanmasına görə təyin olunmuş işçi qrupun rəhbəri Leyla Məmmədova və Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Statistika İdarəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Gəncə Yaşıllaşdırma İdarəsi, AMEA Gəncə Bölməsi, Azərsu, Azərişıq, “Azəristiliktəchizat” ASC, Gəncə şəhər Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi, Gəncə Regional Turizm İdarəsi, Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Dövlət Universiteti və s maraqlı tərəflərin nümayyəndələri iştirak etmişdirlər.
Burada indiyədək görülmüş işlər, sorğu və prioritetləşdirmə üzrə maraqlı tərəflərlə görüşlərin nəticələri, əsas məqsədlər “Baza Emissiya İnventarı”nın hazırlanmasında istifadə və təklif edilən əsas yanaşmalar, təsirin azaldılması və uyğunlaşma məsələləri üzrə tədbirlər barədə məlumat verilib.
Tədbirin sonunda SECAP-ın hazırlamasında dəstək olan qurumlara təşəkkürnamələr təqdim olunmuşdur.
Gəncə şəhəri Nizami Bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bələdiyyə sədri həbs edildi

Gündəlik Xəbərlər
12-06-2024

Nazir rəisi işdən çıxardı

Gündəlik Xəbərlər
12-06-2024

ÜÇ SUAL ÜÇ CAVAB -soruşun cavab verək

Gündəlik Xəbərlər
05-06-2024